“Azərbaycan şanlı qələbədən sonra yeni dövrə qədəm qoyub. İnsanlarımızın Qarabağa və Şərqi Zəngəzura qayıdışının sürətləndirilməsi üçün işlər həyata keçirilir”.
Arazmedia.az-ın xəbərinə görə, bu fikirləri maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“İşğaldan azad edilən ərazilərdə bərpa işləri aparılır, yenidən həmin ərazilərdə olan məscidlərimizdə azan səsləri eşidilir”, – deyə o vurğulayıb.