DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

1 dəqiqəyə oxunur

“Hazırda Bakıda müşahidə olunan güclü külək axşam saatlarına qədər davam edəcək”. 

Arazmedia.az xəbər verir ki, bunu ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə paytaxtda gecədən bəri müşahidə olunan küləyin gücü hazırda 30-35 metr/saniyəyə çatıb: “Gün ərzində də Bakıda güclü çimal-qərb küləyi davam edəcək. Gecəyə doğru zəifləyəcək. Sabahdan etibarən isə şimal-qərb küləyi mülayim cənub küləyi ilə əvəzlənəcək”.

G. Məmmədova bildirib ki, hazırda rayonlarıda dağlıq ərazilərdə yağıntılı hava müşahidə olunur: “Qubanın Qrız ərazisində qarın hündürlüyü 8 sm-ə çatıb. Bölgələrdə də noyabrın 17-si səhər saatlarından etibarən yağıntıların kəsəcəyi, havanın mülayimləşəcəyi gözlənilir”.