Ermənistan Hərbi Hava Qüvvələrinin Gümrü bölgəsindəki ixtisaslaşmış bazasının yaxınlığında partlayış baş verib. Arazmedia.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu yerli həkimlər bildiriblər. Nəticədə 2003-cü ildə anadan olmuş T.U. döş qəfəsindən yaralanıb. O, Gümrüdə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Share