DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Azad edilən ərazilərə icazəsiz keçmək istəyən şəxs saxlanıldı

1 dəqiqəyə oxunur

İşğaldan azad edilən, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində işğaldan azad edilən Talış kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən rayonun Borsunlu kənd sakini Emin Qasımov saxlanılıb.

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq minalardan və partlamamış sursatlardan tam təmizlənməmiş ərazilərə daxil olmağa cəhd etdiyinə görə E.Qasımov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib.