DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

2 doza peyvəndi olanlar pul alacaq – Ukraynada

1 dəqiqəyə oxunur

Ukraynada koronavirusa qarşı 2 doza vaksinasiya olan vətəndaşlara 1000 qrivna (64,70 AZN) veriləcək.

Arazmedia.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Vladimir Zelenski xalqa müraciətində deyib.

Prezidentin sözlərinə görə, hər iki peyvəndi vurduran vətəndaşlar “Diya” adlanan tətbiq vasitəsilə min qrivna əldə edə biləcəklər:

“Bu pula idman zalı və ya fitnes klubu üzvlüyü ala bilərsiniz. Kino, teatr, muzey, konsert salonu, sərgi mərkəzinə baş çəkin və ya daxili səyahətlər üçün bilet alın”.

Prezident əlavə edib ki, proqram dekabrın 19-da başlayacaq, bunun üçün təxminən 3 milyard qrivna ayrılacaq. Eyni məbləğ 2022-ci ilin əvvəlində də ayrılacaq. Zelenskinin sözlərinə görə, proqram bir neçə ay davam edəcək və “Diya” tətbiqi olmayanlar da pul ala biləcəklər. Proqramın məqsədi iqtisadiyyatın yaradıcılıq, idman və nəqliyyat sektorlarını dəstəkləməkdir.