DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 milyonu ötüb

1 dəqiqəyə oxunur

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 340 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 140, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 121, buster doza üzrə vaksinasiya olunanların sayı isə 79 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 092 763, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 022 490, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 480 735, buster doza üzrə vaksinasiya olunanların sayı isə 589 538 təşkil edir.