DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

İranda zəlzələ zamanı xəsarət alanların sayı 70 nəfərə çatdı

1 dəqiqəyə oxunur

İranın cənubundakı Hörmüzqan əyalətində baş verən zəlzələ zamanı xəsarət alanların sayı artıb.

Arazmedia.az “Jamaran” agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Fövqəladə Hallar Təşkilatının rəhbəri Cəfər Miadfar bildirib.  

“Bender-Abbasda baş verən zəlzələ zamanı xəsarət alanların sayı 70 nəfərə çatıb”, – o deyib.

Onun sözlərinə görə, təbii hadisə zamanı xəsarət alanlardan 22-si xəstəxanaya yerləşdirilib və hazırda tibb müəssisələrindədirlər. Zəlzələ zamanı 1 nəfər həlak olub.

Məlumata görə, 6,3 maqnitudalıq (bəzi mənbələrə görə 6,5-red) yeraltı zəlzələnin episentri 352 minə yaxın insanın yaşadığı liman şəhəri Bender-Abbasdan 59 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Bu, ötən gün ərzində qeydə alınan ikinci zəlzələ olub.