DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Ağdam sakini minaya düşüb öldü

1 dəqiqəyə oxunur

Ağdam rayon sakini minaya düşərək həlak olub.

DİN Mətbuat xidmətindən  verilən məlumata görə, hadisə saat 17 radələrində rayonun Təzəkənd kəndi ərazisində baş verib.

Kənd sakini, 41 yaşlı Ağayev Zaur İsa oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə o, hadisə yerində həlak olub.

Hazırda polis əməkdaşları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Təzəkənd kəndi Vətən Müharibəsi dövründə azad edilən ərazilərə daxil deyil. Bu kənddə daha əvvəl də yaşayış olub.