DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

“Ətraf mühit sahələrinə pul ayrılmasına xəsislik etməyək” – Nazir müavini

1 dəqiqəyə oxunur

“Dağ kəndlərinin qazlaşdırılması ilə bağlı məsələlərə diqqət yetirilməlidir. Bununla bağlı SOCAR-la layihə işləmişik və noyabrın sonlarına doğru təqdim edəcəyik”.

Arazmedia.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, nazirliyin əsas funksiyası meşələrə nəzarət və tənzimləmədir: “Türkiyə təcrübəsinin öyrənilməsinə böyük ehtiyac var. Bununla bağlı təkliflərimizi hazırlayaraq təqdim etmişik. ETSN-in büdcəsi 70 milyon manatdır. Bu, 2018-ci ilin əvvvəllərində də belə idi, bu il də belədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə mütləq dövlət dəstəyi lazımdır. Xahiş edirəm ki, növbəti büdcələrdə su məsələləri, meşələrin idarə olunması və s. ilə bağlı nazirliyə dəstəyi artırasınız. Bir sıra işlər maliyyə vəsaitləri çatışmazlığından yarımçıq qalıb. Ətraf mühit sahələrinə pul ayrılmasına xəsislik etməyək”.