DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İqtisadiyyat

Azərbaycan xarici dövlət borcunu azaltmaq niyyətindədir

1 dəqiqəyə oxunur

Azərbaycan xarici dövlət borcunu azaltmaq niyyətindədir.

Arazmedia.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanın xarici dövlət borcu o qədər də yüksək deyil. Bunu Hesablama Palatası, beynəlxalq təşkilatlar da təsdiq edir.

“Məqsədimiz odur ki, xarici dövlət borcunun xüsusi çəkisini azaldaq, daxili dövlət borcunun xüsusi çəkisini isə artıraq”. – deyə nazir bildirib.