Azərbaycanda Zəfər Günü tədbirləri başlayıb. Arazmedia.az xəbər verir, ölkənin şəhər, rayon və kəndlərində Qarabağda qazanılan Böyük Qələbənin birinci ildönümü qeyd edilir. İnsanlar axın-axın Şəhidlər xiyabanlarını ziyarət edir, Vətən uğurunda canlarından keçənlərin ruhuna dualar oxuyurlar. Küçələr, binaların eyvanları və fasadları Azərbaycan bayrağı ilə bəzədilib. Azərbaycanın məscidlərində “Şükür” namazları qılınır. Saat 10:00-da Bakıda genişmiqyaslı yürüş başlayacaq. Aksiya Azneft dairəsindən start götürəcək və Hərbi Qənimətlər Parkında yekunlaşacaq. Share