DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

Cəmiyyət

Hesablama Palatası gələn ilin dövlət büdcəsi layihəsini təsdiqlədi

1 dəqiqəyə oxunur

Hesablama Palatasında qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti kollegiya iclası keçirilib.

Arazmedia.az Palataya istinadən xəbər verir ki, iclasda Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, komitənin sədr müavini Əli Məsimli və Milli Məclisin deputatı Vüqar Bayramov da iştirak edib.

Kollegiyanın gündəliyinə çıxarılmış “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi” layihəsinin rəyi geniş müzakirə edilərək təsdiq edilib.