DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

Siyasət

Prezidentdən vaksinasiya ilə bağlı AÇIQLAMA

1 dəqiqəyə oxunur

“Məhdudiyyətlərin qoyduğu çətinlikləri yumşaltmaq üçün ciddi tədbirlər gördük. 2020-2021-ci illərdə sosial yardım paketlərini yaratdıq. Məhdudiyyətlər səbəbindən iş yerlərini itirən şəxslərə yardım etmək məqsədilə 2,9 milyard ABŞ dolları həcmində sosial paketin vəsaitləri dövlət büdcəsindən ayrılmışdı. Biz bu addımları atmağa davam edəcəyik. Çünki biz tamamilə yeni vəziyyətlə üzləşən insanlara yardım etməliyik”.

Arazmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.

“Biz əsasən Sinovac və Pfizer vaksinindən istifadə edirik. Peyvəndləmə səviyyəsi kifayət qədər yüksəkdir. Bu, dövlət siyasətidir. Biz məmnunluqla görürük ki, əhali bu işə çox məsuliyyətlə yanaşır. Peyvəndləmə künüllüdür. Biz hər hansı antipeyvəndləmə kampansiyanı görmürük. Yaxud buna qarşı hansısa tendensiyasının şahid deyilik. Azərbaycan xalqı peyvənləmənin vacibliyini anlayır və bu bizim işimizi xeyli asanlaşdırır”, – dövlət başçısı bildirib.