![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2021/11/fb_img_1636026864449.jpg?resize=1080%2C694&ssl=1)
Azərbaycanda son sutkada koronavirus əleyhinə 45 041 vaksin vurulub.
Arazmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 583, ikinci mərhələ üzrə 9 746, “Buster” doza üzrə 28 712 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 9 798 866, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 980 307, ikinci mərhələ üzrə isə 4 406 811, “Buster” doza üzrə isə 411 748 nəfər təşkil edir.