DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

Dünya

Bu ölkədə sosial şəbəkələrə qadağa qoyuldu

1 dəqiqəyə oxunur

Özbəkistan hökuməti “Telegram”, “Facebook”, “Odnoklassniki”, “YouTube” platformalarını məhdudlaşdırıb.

Arazmedia.az  xəbər verir ki, bu barədə ölkənin İnformasiyalaşdırma və Telekommunikasiya Sahəsinə Nəzarət üzrə Dövlət Müfəttişliyi (Uzkomnadzor) məlumat yayıb.

Qeyd olunur ki, bu platformalar şəxsi məlumatlar haqqında qanunvericiliyi pozublar.

“Müəyyən edilmiş problemlər aradan qaldırılana qədər Özbəkistan ərazisində müvafiq resurslardan istifadə məhdudlaşdırılır”, – deyə qurum bildirib.