![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2021/11/image_2021-11-02_191452.png?resize=620%2C440&ssl=1)
Noyabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı nazirlər ikitərəfli münasibətlər gündəliyinin bir sıra məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər həmçinin üçtərəfli bəyanatların icrası, o cümlədən nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı işçi qrupunun fəaliyyətini müzakirə ediblər.
Bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparan nazirlər eyni zamanda 3+3 formatında əməkdaşlıq platformasının inkişafının vacibliyini qeyd ediblər.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.