DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

“Barselona”nın baş məşqçisi istefa verdi

1 dəqiqəyə oxunur

Niderlandlı mütəxəssis Ronald Kuman İspaniyanın “Barselona” futbol klubunun baş məşqçisi vəzifəsini tərk edib.

Arazmedia.az  xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Qərar Kataloniya komandasının çərşənbə günü İspaniya çempionatında “Rayo Valyekano”ya uduzmasından (0:1) sonra verilib.

Kuman 19 avqust 2020-ci ildə “Barselona”ya rəhbərlik etməyə başlayıb. Komanda İspaniya çempionatının cari mövsümündə 10 matçdan sonra 15 xal toplayaraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Barselona” Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi 3 oyundan sonra Portuqaliya “Benfika” komandasına (0:3) və Almaniya “Bavariya”sına (0:3) uduzmaqla yanaşı, Kiyev “Dinamo”suna (1:0) qalib gələrək üçüncü yerdə qərarlaşıb.

Kuman 2018-2020-ci illərdə Niderland millisinə rəhbərlik edib, baş məşqçi kimi “Vitesse”, “Ayaks”, PSV, AZ, “Feyenorde”, Portuqaliyanın “Benfika”, İspaniyanın “Valensiya”, İngiltərənin “Everton” və “Southampton” klublarında da çalışıb