DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Qaradağda şəhidlərinin il dönümünə həsr olunmuş tədbir keçirildi – FOTOLAR

1 dəqiqəyə oxunur

Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində “Polad Həşimov” adına idman klubunun təşəbbüsü ilə 25 oktyabr tarixində “Qarabağ Azərbaycandır” adlı İkinci Qarabağ müharibəsi şəhidlərinin il dönümünə həsr olunmuş tədbir keçirilib. 

Arazmedia.az xəbər verir  ki,  tədbirdə General Polad Həşimovun anası Səmayə ana və qardaşı İlham Həşimov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, şəhid valideynləri, ailə üzvləri, müəllimlər, ictimaiyyətin nümayəndələri, məktəblilər iştirak edib. 

Tədbir Azərbaycan dövlət himni ilə açıq elan olunub. Ardınca şəhidlərimiz bir dəqiqəlik sükut ilə yad edilib.  İlk olaraq söz “Polad Həşimov”adına idman klubunun prezidenti Eyvaz Hüseynova verilib.

O, gələn qonaqları salamlayaraq İkinci Qarabağ müharibəsi qazilərini səhnəyə dəvət edib.  Qazilər öz döyüş yolları haqqında təəsüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. Səmayə Həşimova bütün şəhid ailələrini səhnəyə dəvət edib  və “Polad Həşimov” adına idman klubunun adından Şəhid ailələrini “Zəfər” diplomu ilə təltif edib. Ardınca səhnədə həmin klubun idmançıları “Fəxri Fərman” ilə təltif olunublar. 

Sonda tədbir iştirakçıları Qızıldaş, Puta və Korgöz qəsəbələrində yerləşən şəhidlər xiyabanını ziyarət ediblər.