DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

ƏƏSMN-in “Zəfər” altsistemi yaradılır

1 dəqiqəyə oxunur

Prezident İlham Əliyevin imzaladığı 27 oktyabr 2021-ci il tarixli Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsistemi yaradılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Fərmana əsasən, Nazirlik 1 ay ərzində altsistemi yaradaraq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanlarının həmin altsistemə çıxışını təmin edəcək.

Qeyd olunan qurumlar “Zəfər” altsistemi qurulandan sonra altı ay müddətində şəhid və şəhid ailəsi statusu, müharibə veteranı statusu almış şəxslərə dair məlumatları bu altsistemə daxil edib dövlət başçısına məlumat verəcək. Eləcə də şəhid və şəhid ailəsi statusu, müharibə veteranı statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatlar altsistemə daxil ediləcək.

Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri barədə məlumatların “Əlillik” altsistemindən “Zəfər” altsisteminə ötürülməsini təmin edəcək.
“Zəfər” altsistemi şəhid və şəhid ailəsi statusu almış şəxslər, müharibə əlilləri və müharibə veteranları barədə məlumatları özündə əks etdirəcək, bu məlumatların mübadiləsi mexanizmi təkmilləşəcək.

Eyni zamanda, yeni altsistem dövlət orqanlarına və özəl qurumlara şəhid ailələri və qazilərə sosial dəstəyin təmin edilməsi işlərində daha operativ, sistemli, məqsədəuyğun tədbirlərin görülməsi üçün çevik məlumat mübadiləsi imkanı yaradacaq.