DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

Cəmiyyət

Bir gündə 366 nəfər peyvənd olundu

1 dəqiqəyə oxunur

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 366 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 251, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 115 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 383 669, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 060 409, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 323 260 təşkil edir.