Türkiyə Silahlı Qüvvələri “Barış Pinarı” əməliyyat zonasında PKK terror təşkilatına qarşı əməliyyat keçirib. Arazmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, əməliyyat zamanı 6 terrorçu zərərsizləşdirilib. Xüsusi dinləmələr nəticəsində onların əməliyyat zonasına hücum hazırlığında olduğu müəyyənləşib. Share