DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Şəki rayonu Kiş kəndindən olan əlil bacı-qardaşın həyat mübarizəsi…

1 dəqiqəyə oxunur

Oxucu məktubunun izi ilə yol aldıq Azərbaycanın dilbər guşələrindən olan Şəki rayonu Kiş kəndinə..


Gedəcəyimiz ünvanda bizi səsini ölkəyə çatdırmaq istəyən imkansız, ehtiyac içində yaşamaq uğrunda həyatla mübarizə aparan ailə gözləyirdi. Çatıb bütün vəziyyəti gözlərimizlə gördük…
2014cü ildə avto qəza nəticəsində ailənin başçısı həlak olmuş, maşında olan övladları -Cəlalə və Hümmət Şirinovlar ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Uzun sürən müalicədən sonra Cəlalə onurğa sınığı,Hümmət isə onurğa burulması diaqnozu ilə xəstəxanadan evə birinci qrup əlil kimi dönüb o vaxtdan bəri yaşam uğrunda yataqda mübarizə aparırlar..
Heç bir yerdən köməkləri olmayan ailəni iki uşağı olan heç bir yerdə işləməyən qardaşları Natiq Şirinov idarə edir, qonşuların qohumların özlərindən artırdıqları cüzi köməklə..
Natiqlə söhbət etdiyimiz zaman bildirdi ki,bircə kömək edəydilər, qardaş bacım ayağa qalxa biləydi qalan dərdim olmazdı..
İmkanlı vətəndaşlarımıza səslənirik,Allah rizasına bu ailəyə dəstək olun,yaşamaq, yerimək istəyi, eşqi ilə alışıb yanan bu iki gəncə kömək edin…

Zaur Sarıyev Araz Media
Şəki