Rusiya prezidenti Vladimir Putin ənənəvi olaraq illik mətbuat konfransı keçirməyi planlaşdırır.
Arazmedia.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
“İllik mətbuat konfransı planlaşdırılır”, – deyən Kremlin sözçüsü epidemioloji vəziyyətin inkişafından asılı olaraq tədbirin formatı barədə qərar veriləcəyini əlavə edib.
Qeyd edək ki, Putin 2001-ci ildən bəri hər il böyük mətbuat konfransı keçirir. Fasilə yalnız baş nazir vəzifəsində çalışdığı dövrdə – 2008-2012-ci illərdə verilib.