DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

Cəmiyyət

Azərbaycanda saxlanılan iranlı sürücülər ölkələrinə QAYTARILDI

1 dəqiqəyə oxunur

Azərbaycan humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İran vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdarı müvafiq razılaşmaya əsasən bu gün səhər saatlarında öz ölkələrinə qaytarıb.

Arazmedia.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Xatırladaq ki, adıçəkilən şəxslər malları sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinə görə saxlanılmışdılar.