DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cinayət

Prokurorluq Füzulidəki qətllə bağlı MƏLUMAT YAYDI

1 dəqiqəyə oxunur

Oktyabrın 16-sı saat 22 radələrində Füzuli rayonu ərazisində 1991-ci il təvəllüdlü Şükür Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Füzuli Rayon Prokurorluğundan  bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı 1981-ci il təvəllüdlü Zamin Mehdiyevin aralarında yaranmış mübahisə zamanı Şükür Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Zamin Mehdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.