Uşaqlara peyvəndlərin vurulması vacibdir.
Arazmedia.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov “Yenidoğulmuşlarda görülən xəstəliklər” mövzusunda çıxışı zamanı deyib.
O bildirib ki, tətbiq olunan peyvəndlər sınaqlardan keçir və təhlükəsizliyi sübuta yetirildikdən sonra tətbiqinə icazə verilir: “Valideynlər bilsinlər ki, heç bir peyvənd ÜST və idxal edilən ölkənin icazəsi olmadan vurula bilməz. Bunun hansı ölkədə istehsal olunmasının fərqi yoxdur. Şirkətlər bu vaksinləri sata bilmək üçün ÜST-ə müraciət edirlər və hərtərəfli tədqiqat aparıldıqdan sonra istifadəsinə icazə verilir. Ona görə də peyvəndlər mütləq vurulmalıdır. Şayiələrə deyil, rəsmi mənbələrə etibar etməkdə fayda var”.