DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!

Cəmiyyət

Lökbatanda şəhidin anım mərasimi keçirildi – FOTO

2 dəqiqəyə oxunur

Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş Yunsi Rafik oğlu Surxayevin birinci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Arazmedia.az xəbər verir ki, anım mərasimi şəhidin dəfn olunduğu rayonun Lökbatan qəsəbəsində baş tutub.  Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbiçi yoldaşları, Milli Məclisin deputatı Aydın Hüseynov, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra  mərasim iştirakçıları Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında şəhid Surxayev Yunis Rafik oğlunu məzarı önünə əklil və gül dəstələri qoyuldu. Şəhid Yunis Surxayev 20 yanvar 2002-ci ildə Qaradağ rayonunun Qobustan qəsəbəsində anadan olmuşdur. 2008-ci ci ildə Qobustan qəsəbəsindəki 233 nömrəli  tam orta məktəbin 1-ci sinifinə daxil olmuş və 2019-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2020- cil ilin aprel ayında hərbi xidmətə gedib.  Sentyabrın 27-də səhər saatlarında Ermənistan yaraqlıları Azərbaycanın Füzuli, Cəbrayıl, Tərtər, Ağdərə istiqamətlərində Azərbaycan ordusunun mövqelərinə, kəndlərimizə iriçaplı silahlardan, ağır artilleriyadan istifadə edərək, genişmiqyaslı təxribatlara yol açmışlar. Azərbaycan silahlı qüvvələri təxribatın qarşısını almaq üçün əks-hücumla düşmənə ağır zərbələr endirmişlər. 

2020-ci il oktyabrın 13-də, Suqovuşanın azad olunması istiqamətində gedən şiddətli döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Vətən müharibəsinin şəhidi  Yunsi Rafik oğlu Surxayev  ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açıb.

Mərasimdə şəhidlərin yaxınları onların xatirəsinə göstərilən hörmət və ehtirama görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildiriblər.