DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Saakaşvili təkadamlıq kameraya köçürüldü

1 dəqiqəyə oxunur

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Rustavi həbsxanasındakı təkadamlıq kameraya köçürülüb.

Arazmedia.az xəbər verir ki,  bu  barədə Gürcüstan Penitensiar Xidməti  məlumat  yayıb. 

Bildirilir ki, bu qərar həbsxana rəhbərliyi tərəfindən Saakaşvilinin istəyini nəzərə alaraq qəbul edilib. 

“Saakaşvili öz istəyi ilə təkadamlıq kameraya köçürüldü”, – açıqlamada qeyd olunub. 

Gürcüstan Ədliyyə Nazirliyi Saakaşvilinin səhhətini izləmək üçün həkim qrupu yaratmağı xahiş edib. Nazirlikdən verilən məlumata görə, qrupun məqsədi Saakaşvilinin sağlamlığını mütəmadi olaraq izləmək və lazım gələrsə müvafiq məsləhətlər vermək olacaq.