“Qoşulmama Hərəkatının yaradılması ideyası sülhə əsaslanıb”.
Arazmedia.az xəbər verir ki, bunu Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantında çıxışı zamanı deyib.
O, siyasətdə, mədəniyyətdə və ya iqtisadiyyatda əməkdaşlığın inkişafı üçün sülhün təməl prinsipi rolunu oynadığını diqqətə çatdırdı.
Aleksandr Vuçiç bu tədbirə verdiyi dəstəyə görə bir daha Azərbaycan Prezidentinə təşəkkür edərək dedi: “Təşəkkür edirəm, mənim əziz dostum İlham Əliyev. Bu gün burada bizimlə birlikdə olmadığınıza görə həqiqətən təəssüflənirəm. Azərbaycana ən xoş salamlarımı çatdırıram. Bir daha çox sağ olun”.