DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 milyona çatır

1 dəqiqəyə oxunur

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 511 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 226, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 285 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 997 289, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 889 404, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 107 885 təşkil edir.