DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

Azərbaycanın daha bir güləşçisi bürünc medal qazandı

1 dəqiqəyə oxunur

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Norveçin paytaxtı Osloda dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

Arazmedia.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Belarus təmsilçisi Maksim Kajarski ilə üz-üzə gəlib.

Rəqibinə 0:2 hesabı ilə qalib gələn Məmmədov bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər yarışı medalsız bitirib. Yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal əldə edib.