DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Milli Məclisin deputatından İranla bağlı ŞOK AÇIQLAMA

3 dəqiqəyə oxunur

İranın ən müxtəlif bəhanələrlə Azərbaycan qarşı təzyiq və təhdidləri müstəqil bir dövlətin daxili işinə müdaxilə hesab olunur və bu yolverilməzdir.

Bunu Avropa.info-ya açıqlamasında deputat Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın 44 günlük müharibə zamanı Ermənistan üzərində tarixi qələbəsi və bölgədə tamamilə yaratdığı yeni reallıq dünya birliiy tərəfindən qəbul edilib, buna uyğun hərəkət etsələr də, təəssüflər olsun ki, bu reallıq bir şox ölkələr və güclər tərəfindən hələ də həzm edilə bilmir. 

“Odur ki, həmin qüvvələr ən müxtəlif metodlardan istifadə etməklə Azərbaycan qarşı təxribat xarakterli addımlar atırlar. Elə son günlərdə özünü İslam ölkəsi adlandıran  İranın  ən müxtəlif şəkildə təzyiq və təhdidləri bu qəbildəndir. Bu istər İran rəsmiləri səviyyəsində Azərbaycana və  cənab Prezidentin ünvanına səsləndirdikləri fikirlər olsun, istərsə də sərhəddə hərbi təlimlər keçirməsi, istərsə də Naxçıvanla  quru və hava yolunun məhdudlaşdırılması istiqamətindəki hərəkətləri  heş bir qonşuluq münasibətlərinə sığmayan hərəkətdir”- deputat qeyd edib.

O əlavə edib ki, əslində İran yürütdüyü səhv siyasəti nəticəsində özünü belə çıxılmaz oyuna salıb: “Görən özünü müsəlman ölkəsi adlandırıb dünyada İslamın dəyərlərini müdafiə edən İran nədənsə işğalçılıq siyasəti nəticəsində  dağıdılıb viranə gününə salınan məscidlərə,  dini tarixi abidələrin təhqir olunmasına niyə susurdu? Niyə Allahın evi sayılan məscidlərdə donzuların saxlanmasına etiraz etmirdi? Çox belə suallar var. Nədən bölgənin sabitliyini, təhlükəsizliyini təhdid altına alan   erməni faşizminə qarşı çıxmırdı və susurdu.  Əksinə, hər vasitə ilə bölgədə separatizmin, işğalçılıq siyasətinin   möhkəmlənməsinə dəstək verirdi.  

Bu məqsədlə iran son 30 ilə yaxın müddətdə işğalçı  Ermənistana və Azərbaycan ərazisində məskunlaşan separatçı rejimə dəstək verirdi. Bunu ermənilər özləri etiraf edir.  Ermənistan İranı bir nəfəslik adlandırır.  Etiraf edirlər ki, İran olmasaydı, Ermənistan  iqtisadi blokda şəraitindən çıxa bilməzdi.  Ermənistanın mövcud olmasında İran sanki bir nəfəslik rolunu oynadı. Budurmu İranın bəyan etdiyi İslam  həmrəyliyi?.. 

İndi  də Azərbaycanın Ermənistan üzərindəki qələbəsini həzm edə bilmir. Azərbaycana qarşı  olmazın şərini, böhtanını və iftirasını atır. Cənab Prezidentin dediyi kimi  hardadaı o qüvvələr? Sübut etsinlər. Axı, belə bir şey yoxdur. Deyilənlər absurd və cəfəngiyatdır. Bütün bunlar hamısı  insanları çaşdırıb, Azərbaycana  “əzələ nümyişi” göstərmək üçün sərhəddə qoşun yığıb, hərbi təlimlər keçirmək üçün idi.  

Bu yolla Azərbaycana təzyiq edib, yürütdüyü xarici və daxili siaysətə təsir etmək istəyir. Amma bu yolverilməz və qəbuledilməzdir. Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil ölkə olmaqla yanaşı,  güclü və qüdrətli dövlətdir. Müstəqil siyasət yürüdür və kimsə yürüdülən siyasətə təsir edə bilməz. Nə qədər ki, gec deyil, İran bu səhv yoldan dönməli, Azərbaycanla mehriban qonşuluq və dostluq, həmçinin beynəlxalq hüquq normalarıan uyğun münasibətlər qurmalıdır. Əks təqdirdə, öz-özünü oyundan kənar vəziyyətə salan İran, bundan sonrakı proseslərdən özü ziyanla çıxacaq və bölgədəki əməkdaşlıq  proseslərindən kənarda qalacaq. İran bölgədki proseslərdən daha uduşla çıxmaq istəyirsə, ən qısa zamanda  tutduğu səhv yoldan imtina etməlidir. 

Onsuz da cənab Prezidentin bəyan etdiyi kimi Azərbaycanın  bölgədə yaratdığı reallığı kimsə dəyişə bilməz.  Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz. Bunu hər kəs bilməlidir. Ən yaxşısı bu reallığa uyğun addıma atıb, öz ölkələrinin çıxarlarına nail olmalıdırlar”.