İşğaldan azad edilən Cəbrayıl rayonunda bu gün müharibə zamanı ölən erməni hərbçilərin cəsədlərinin axtarış işləri aparılıb.
Arazmedia.az xəbər verir ki, bu barədə erməni KİV-i yazıb.
Axtarış işləri zamanı daha bir erməni hərbçinin qalıqları tapılıb. Onun kimliyi məhkəmə-tibbi ekspertizası zamanı məlum olacaq.
Müharibədən sonra aparılan axtarış işləri zamanı tapılan erməni hərbçilərin sayı 1681-ə çatıb.