DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Gün ərzində vurulan vaksinlərin sayı 57 mini ötüb

1 dəqiqəyə oxunur

Azərbaycanda gün ərzində koronavirus əleyhinə 57 572 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 949, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 623 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 8 795 572, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 824 323, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 971 249 təşkil edir.