İranın mərkəzi hissəsində 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Arazmedia.az xəbər verir ki, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi bildirib. Yeraltı təkanların episentri Şexre-Kord şəhərindən 106 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Share