DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Müharibə əlilləri bəzi dövlət rüsumlarından azad olundu

1 dəqiqəyə oxunur

Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəmədə verilən iddialar, mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat üzrə dövlət rüsumu ödəməkdən azad olunublar.

Arazmedia.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.