Bu gün Azərbaycan ərazisində Ermənistan ordusuna məxsus daha bir hərbçinin qalıqları aşkarlanıb. Arazmedia.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Onun kimliyi məhkəmə -tibbi ekspertizadan sonra təsdiqlənəcək. Xatırladaq ki, müharibədən sonra Azərbaycan ərazilərində aparılan axtarışlar nəticəsində ümumilikdə 1678 cəsəd tapılaraq evakuasiya edilib. Share