DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Milli birlik və ümumxalq ehtiramının təcəssümü

7 dəqiqəyə oxunur

Biz tək torpağımızı qazanmadıq. Yenilməzliyimizi, özgüvənimizi və cəsurluğumuzu təsdiqlədik. Vətən müharibəsində qazandığımız şanlı qələbə ləyaqətimizi qorudu və ən əsası, bizi gələcək nəsillərin qınağından hifz etdi. Prezident İlham Əliyevin dəmir yumruğu birlik və tükənməz güc rəmzi kimi bütün dünyanı heyran etdi. Bu birliyin təməlini İkinci Qarabağ savaşından öncə əldə olunmuş xalq-iqtidar, milli-siyasi həmrəylik təşkil edir. Məhz bu siyasi qələbə ilə Azərbaycan döyüş meydanına qədəm basdı və hərbi qələbə qazandı! 


     Hər zaman yeni düşüncə önündə gedən ölkə başçısı genişmiqyaslı islahatlara başlayarkən ilk növbədə, siyasi plüralizmin, demokratik institutlarının inkişafı üçün səy göstərmiş və hakim partiyanın sədri kimi bütün siyasi partiyaları təmsil edən deputatların altıncı çağırış Milli Məclis komitələrinin rəhbər heyətinə daxil olunmalarına dair şəxsən tövsiyyə vermişdir. Xatırladaq ki, bu gün Milli Məclisdə 11 siyasi partiya təmsil olunur: Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəliyi Partiyası, Ana Vətən Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Vəhdət Partiyası, Birlik Partiyası, ReAL Partiyası, Milli Cəbhə Partiyası. Azərbaycanın müstəqil parlamentarizm tarixində ilk dəfə olaraq müxalif siyasi partiyalar qanunvericilik orqanının rəhbərliyində təmsil olunurlar. Milli Məclisin sədr müavini, komitə sədri və sədr müavinləri müxalif siyasi partiyaların nümayəndələri seçilmişlər. 


     Beləliklə, yeni parlament formalaşdıqdan dərhal sonra siyasi sistemin təkmilləşdirilməsi istiqamətində mühüm yeniliklər nəzərə çarpmağa başladı. 
     Hələ parlament seçkilərindən öncə prezident İlham Əliyev öz çıxışlarında xüsusi vurğulamışdır ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün siyasi islahatlar mütləq həyata keçirilməli və bunun üçün partiyalararası geniş dialoq aparılmalıdır. 
     Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri ilə görüşləri siyasi islahatların ilk mərhələsi oldu. Konstruktiv dialoq formatında 50 dən artıq belə görüşlər keçirildi və məlum oldu ki, islahatlar ərəfəsində ləğv edilmiş ideoloji şöbənin rəhbərliyinin yaramaz fəaliyyəti nəticəsində iqtidarla bir çox partiyalar arasında gərgin inamsızlıq yaradılmışdır. 
15 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribat nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən 43 siyasi partiya ümummilli məsələlərdə, dövlətçiliyimizin qorunmasında həmrəylik nümayiş etdirmiş, ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında birləşmiş və birgə dəstək bəyanatı imzalamışlar. 


     27 sentyabr 2020-ci il tarixində dünya gördü ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar ölkədə fəaliyyət göstərən 50 siyasi partiyanınölkə Prezidentinin, Ali Baş Komandanın ətrafında birləşmiş və birgə dəstək bəyanatı imzalamışlar. Bununla son 32 ildə ilk dəfə olaraq yüksək siyasi həmrəylik, milli birlik, nümayiş edilmişdir. Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu addım milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin təcəssümüdür. 
     Bunlar Prezidentin siyasi iradəsini, çoxpartiyalı siyasi sistemin və demokratik cəmiyyətin inkişafını əks etdirən, siyasi islahatların dərinləşməsinin əsasını təşkil edən, dövlətçiliyin təməl prinsiplərinin möhkəmlənməsini təmin edən əhəmiyyətli hadisələrdir. 
     Rəşadətli Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu öz şərəfli missiyasını uğurla yerinə yetirdi. Artıq Azərbaycan yeni dövrə qədəm qoyur. Bu da xalqımızı Qələbədən geniş perspektivlərə boylanmağa sövq edir ki, zəfərimiz dayanaqlı və mükəmməl olsun. Ölkə başçısının dəmir yumruqla birləşdirilmiş milli-siyasi birlik, xalq-iqtidar həmrəyliyi gözəl rifah dövləti olan Azərbaycanı ilhamlı gələcəkdə bəxtiyar edəcək.
Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın münaqişəni ədalətli şəkildə nizamlamaq, torpaqlarımızı qeyd-şərtsiz geri qaytarmaq əzminə və qabiliyyətinə inam qat-qat artıb. Əslində Prezidentin “Qarabağ Azərbaycandır!” çağırışı indiki dövrün milli ideyası statusunu qazanmaqdadır. Yüz minlərlə vətəndaşın bu çağırışa səs verərək onun ətrafında toplanması aydın şəkildə müşahidə olunur. Çox keçmədən bu sırada olanların sayının milyonlara çatacağına şübhə etmirəm.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, topraqlarımızın işğaldan azad edilməsi ölkənin vətəndaşlarını birləşdirən başlıca dəyərlərdən biridir. Milli birlik və vətəndaş həmrəyliyi əhəmiyyətli dərəcədə onun əsasında formalaşıb. Prezident İlham Əliyev Valday beynəlxalq toplantısında “Qarabağ Azərbaycandır!” çağırışını səsləndirməklə qeyd olunan dəyərin milli statusunu daha da yüksəltmiş oldu. İndi biz onu tam qətiyyətlə milli ideya kimi səciyyələndirə bilərik. Yəqin ki, bu, ən doğru addım və dəyərləndirmə olar.

Xüsusi vurğulanmağa ehtiyacı olan məqam “Qarabağ Azərbaycandır!” mesajı, belə demək mümkündürsə, beynəlxalq auditoriyaya, dünya ictimaiyyətinə və təşkilatlarına ünvanlanıb. Nə məlum münaqişə, nə onun hələlik aradan qaldırılmamış nəticələri, nə də nizamasalma prosesi Qarabağın mənsubiyyətini dəyişdirir, dəyişdirə bilməz və dəyişdirməyəcək – Prezidentin bütün dünyaya çatdırdığı mesajın mahiyyəti məhz bundan ibarətdir. İlham Əliyevin bir çox dövlət başçılarının, çoxsaylı beynəlxalq siyasi ekspertlərinin və mətbuat nümayəndələrinin qarşısında cəsarət və qətiyyət nümunəsi sayıla biləcək çıxışının arxasında möhtəşəm gücün dayandığı heç kimdə şübhə yaratmır. Bu güc hər şeydən əvvəl xalqın iradəsi, Azərbaycanın silahlı qüvvələrinin döyüş qabiliyyəti, nəyin bahasına olursa-olsun, torpaqlarımızı işğaldan azad etmək əzmidir. Bu güc eyni zamanda beynəlxalq hüquqa, onun ədalətli mahiyyətinə inamdan irəli gəlir”, – deyə Baş nazirin müavini qeyd edib.

Əli Əhmədov vurğulayıb ki, mətbuatdan göründüyü kimi, Prezident İlham Əliyevin mesajı bütün lazımi ünvanlara lazımi səviyyədə çatıb: “Onu ilk növbədə və əsas etibarilə Ermənistanda eşidiblər və yəqin ki, gərəkli nəticə çıxarıblar.

“Qarabağ Azərbaycandır!” çağırışı milli ruhu və iradəni inanılmaz dərəcədə yüksəldə bildi. Onun birləşdirici xarakterinin və gücünün davamlı olacağı, ümummilli mahiyyət kəsb edəcəyi şəksizdir. Gözlərimizin önündə yeni bir hərəkat yaranır, “Qarabağ Azərbaycandır!” hərəkatı. Hər bir azərbaycanlının, hər bir vətənpərvərin yeri bu hərəkatdadır. İnanıram ki, bu hərəkat əzəmətli bir selə bənzəyəcək, bütün Azərbaycan xalqını əhatə edəcək. Hər yerdə, kəndlərdə, şəhərlərdə, təşkilatlarda böyüklü-kiçikli hamı “Qarabağ Azərbaycandır!” deyəcək.

Xalq öz birliyini, həmrəyliyini yenə də daha əzmlə, daha qətiyyətlə göstərəcək, daha uca səslə bəyan edəcək və bu birliyi pozmağa çalışanlara layiqli cavab verəcək. Təxribat törətmək, sabitliyi pozmaq, ara qarışdırmaq niyyəti ilə küçələrə çıxıb yersiz çağırışlar edənlərin xalqdan və onun ideyalarından nə qədər uzaq düşdüyü bu günlərdə daha qabarıq görünür. Sanki onlar bu ölkənin vətəndaşı, bu millətin övladları deyil. Açığı, belə bir mənzərəni görmək və duymaq həm təəssüfləndirici, həm də utandırıcıdır. Təsəlli verən odur ki, xalqdan ayrı düşüb fərqli, eyni zamanda zərərli maraqların daşıyıcısı olanların sayı çox deyil.

Mən hər bir azərbaycanlını “Qarabağ Azərbaycandır!” hərəkatının fəal iştirakçısı olmağa səsləyirəm. Gəlin bir cəsarətli çağırışı ilə dünyaya səs salan, milli ruhu yüksəldən, milli birliyimizi və vətəndaş həmrəyliyini daha da gücləndirən Prezident İlham Əliyevin ətrafında sıx birləşək. Qüdrətli, möhtəşəm “Qarabağ Azərbaycandır!” hərəkatı yaradaq, xalqımızın iradəsini, əzmini və qətiyyətini düşmənə nümayiş etdirək. Beynəlxalq birlik, ilk növbədə BMT, ATƏT-in Minsk qrupu, onun həmsədri olan vasitəçilər danışıqlar prosesində böyük müdriklik, təmkin, eyni zamanda qəti və sarsılmaz mövqe nümayiş etdirən Prezident İlham Əliyevin arxasında möhtəşəm xalq iradəsinin və hərəkatının dayandığına əmin olsun. Dövlətə, millətə sədaqətin, Qarabağ münaqişəsinin ədalətli həllinə dəstəyin ən mühüm ifadəsini mən bunda görürəm”.

Nuridə Qardaşova – Masallı şəhər sakini