“Azərbaycana səfərimiz çərçivəsində bölgədə yeni geosiyasi mühit də müzakirə olunub”.
Arazmedia.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Baş nazir İrakli Qaribaşvilinin Azərbaycana işgüzar səfərinin yekunlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, İ.Qaribaşili bu yaxınlarda BMT Baş Assambleyasının toplantısında Cənubi Qafqazda Dinc Qonşuluq Təşəbbüsü ilə çıxış edib: “Biz hamımız bölgədə davamlı sülh və sabitliyə alternativin olmaması ilə razılaşırıq. Buna görə də təşəbbüsümüz alqışlanır. İlk növbədə, bununla bağlı qonşularımız Azərbaycan və Ermənistanla birbaşa danışırıq. Əlbəttə ki, bu məsələ Ermənistanda da müzakirə olunacaq”.