DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Əli Əsədov Gürcüstanın Baş naziri ilə protokol İMZALADI

1 dəqiqəyə oxunur

Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb.

Arazmedia.az xəbər verir ki, sənədi Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili imzalayıb.

Gürcüstan hökumətinin məlumatına görə, iclasda Gürcüstan və Azərbaycanın mədəniyyət nazirlikləri arasında 2021-2024-cü illərdə mədəniyyət sahəsində əməkdaşlıq proqramı, Gürcüstan və Azərbaycan hökumətləri arasında standartlaşdırma, metrologiya və patent dəyərləndirməsi sahəsində razılaşma, Azərbaycan Respublikası və Gürcüstan Respublikasının dövlət sərhədlərindəki gömrük keçid məntəqələri barədə razılaşma, Gürcüstanın Maliyyə Nazirliyinin “Gürcüstanda istehsal et” proqramı ilə KOBİA, həmçinin İxracın və İnvestisiyaların Təşviqi Fondu arasında anlaşma memorandumu imzalanıb.