DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Ermənistanda hərbi xidmət müddəti azaldılır

1 dəqiqəyə oxunur

Ermənistan ordusunda hərbi xidmət müddəti 20 faiz azaldıla bilər.

Arazmedia.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mediaya verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, ordudakı islahatlarla bağlı bütün proseslər 2021-2026-cı illər üçün nəzərdə tutulub. Qriqoryan əsas diqqətin peşəkar ordunun yaradılmasına, avtomatlaşdırılmış komanda-idarəetmə sisteminin tətbiqinə yönəldiyini qeyd edib.

Buna səbəb kimi,  katib 44 günlük müharibə zamanı idarəetmə sistemində ciddi problemlər yaşanmasını  göstərib.