DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!

Dünya

Blinken və Çavuşoğlu Qarabağı müzakirə ediblər

1 dəqiqəyə oxunur

ABŞ-ın dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində danışıqlar aparıblar. Tərəflər bir sıra regional problemləri müzakirə ediblər.

Arazmedia.az xarici KİV-ə istinadən  xəbər verir  ki,  Blinken və Çavuşoğlu iki ölkə arasında çoxşaxəli əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.

ABŞ Dövlət Departamentinin yüksək rütbəli xüsusi nümayəndəsi isə jurnalistlər üçün keçirdiyi brifinqdə Blinken və Çavuşoğlunun Qafqazdakı vəziyyət, o cümlədən Ermənistan, Azərbaycan və Qarabağ barədə müzakirələr apardığını bildirib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 76-cı sessiyası 21-27 sentyabr tarixlərində keçirilir.