DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!

İdman

“Qarabağ” “Sumqayıt”ı məğlub etdi

1 dəqiqəyə oxunur

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.

Arazmedia.az xəbər verir ki, turun son oyununda “Qarabağ” “Sumqayıt”ı qəbul edib

“Azərsun Arena”da keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran “Qarabağ” “Qəbələ” ilə 1-2-ci yerləri bölüşdürür. “Sumqayıt” isə 6 xalla 5-ci sıradadır.

Qeyd edək ki, IV turun ilk oyun günündə “Qəbələ” evdə “Səbail”i 5:0 hesabı ilə darmadağın edib, “Zirə” “Sabah”la sülh bağlayıb – 1:1. Ötən gün baş tutan matçda isə “Neftçi” “Keşlə”nin qapısından 3 cavabsız top keçirib.