Bakıda avtomobillərin hərəkətində sıxlıq yaranan küçə və prospektlərin siyahısı açıqlanıb. Arazmedia.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin məlumatında bildirilib. Paytaxtda müşahidə edilən sıxlıq aşağıdakı ərazilərdədir: 1. Alı Mustafayev küçəsi – 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində; 2. Ziya Bünyadov prospekti – Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol hər iki istiqamətində; 3. Bakı-Sumqayıt şossesi – şəhər istiqamətində; 4. Tbilisi prospekti – şəhər istiqamətində; 5. Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsündə; 6. Koroğlu Rəhimov küçəsi – Həsən Əliyev küçəsi istiqamətində. Share