Bakıda avtomobillərin hərəkətində sıxlıq yaranan küçə və prospektlərin siyahısı açıqlanıb.
Arazmedia.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin məlumatında bildirilib.
Paytaxtda müşahidə edilən sıxlıq aşağıdakı ərazilərdədir:
1. Alı Mustafayev küçəsi – 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində;
2. Ziya Bünyadov prospekti – Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol hər iki istiqamətində;
3. Bakı-Sumqayıt şossesi – şəhər istiqamətində;
4. Tbilisi prospekti – şəhər istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsündə;
6. Koroğlu Rəhimov küçəsi – Həsən Əliyev küçəsi istiqamətində.