DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!

Cəmiyyət

Azərbaycanda taksidən istifadə edənlərin sayı artıb

1 dəqiqəyə oxunur

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 713,6 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu göstərici 8,2% azalıb.

Hesabat dövründə sərnişinlərin 91,3%-i və ya 651,8 mln. avtobus, 8,7%-i və ya 61,8 mln. isə minik taksilərinin xidmətlərindən istifadə edib. Avtobusla daşınan sərnişinlərin sayı illik ifadədə 12,9% azalıb, taksidən istifadə edən sərnişinlərin sayı isə 2,1 dəfə artıb.

Hesabat dövründə avtomobil nəqliyyatı ilə sərnişin dövriyyəsi 8,1% azalıb.