DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!

Cəmiyyət

Son sutkada 60 mindən çox insan peyvənd oundu

1 dəqiqəyə oxunur

Azərbaycanda son sutkada koronavirus əleyhinə 60 384 vaksin vurulub.

Arazmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 311, ikinci mərhələ üzrə 41 073 nəfərdir.

Vaksinasiyadan keçənlərin ümumi sayı 7 806 235, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 570 812, ikinci mərhələ üzrə isə 3 235 423 nəfər təşkil edir.