DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!

Cəmiyyət

Azərbaycan polisi Xankəndinə girən iki iranlını saxladı

1 dəqiqəyə oxunur

Xəbər verdiyimiz kimi, Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünün Azərbaycan polisi tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə  bağlı  açıqlama verən DİN mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə giriblər:

“Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.  Həmin avtomobillərin sürücüləri  barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək”.