DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hərbi Xəbərlər

Xüsusi təyinatlılar “Üç qardaş – 2021” təlimində hava desant hazırlığı məşqləri ediblər

1 dəqiqəyə oxunur

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələri nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş – 2021” beynəlxalq təlimində hava desant hazırlığı üzrə məşqlər keçilib.

Arazmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb

Təlimin planına əsasən, hava desant hazırlığı mərhələsində xüsusi təyinatlı bölmələrin helikopter vasitəsi ilə yerdəyişməsi, mühafizənin təşkili və təxliyə üsulları məşq etdirilib.

Məşqlərin gedişatında xüsusi təyinatlıların fəaliyyəti yüksək qiymətləndirilib.

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş – 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.