Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Arazmedia.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı, 1966-cı il təvəllüdlü Əhmədli Aybəniz Qələndər qızı xəsarət alıb. Yaralı digər təcili yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ mil sümüyünün yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.(report.az)